Mobil

Əjdaha Məydanı Yaman Qızışdırıb! Galaxy A22 5G…

Eşq olsun Samsunga! Çırtma çalıb məydanı qızışdıran təzə telefon Galaxy A22 5G modeli ucuz qiyməti ilə böyük rəğbət qazanacaq.

Hörmətli oxucularımız bundan sonra bəzi xəbərlərimizi Azərbaycan Türkcəsində sizlərə çatdıracağıq. Sizləri sıxmamaq üçün də zarafatcıl tərzdə yazacağıq. İki qardaş ölkənin birliyini hər sahədə möhkəmləndirmək üçün belə bir addım atmağı uyğun gördük. Tənqid və tövsiyyələrinizi şərhdə bildirə bilərsiniz. Yazar Türkiyə Türküdür və özü yazır. İndi Galaxy A22 5G xəbərimizi təqdim edirik.

Samsung son bir-neçə ildə A seriyası telefonlarını bizə təqdim edəndə maraqlı xüsusiyyətlərini qabaqda tutur. A50 və  üst modellərdən daha altdakı versiyaların qiymətini ucuz saxlayır. Texnologiya sahısində rəqabət Rəşad Dağlı və rəhmətlik Aydın Xırdalanlının deyişmələrinə oxşadı. Realme və Xiaomi də bu qırğına qoşulub.

A22 5G modeli 199 Avroya yaxın qiymətə satıla bilər. Telefonun ən maraqlı xüsusiyyətləri arasında 5000 mAh zaryatka -öz dilimizdə yükləyici deyə bilərik- Mediatek Dimensity 700 çipset, 48 MP kamera və 90Hz yeniləmə dərəcəsi yer alıb. Bundan əlavə 5 MP geniş bucaqlı kamera və 2 MP makro kamera da olacaq.

Nəzərinizə çatdıraq ki, 5G ilə eyni vaxtda 4G versiyası da təqdim ediləcək.

Ne Düşünüyorsunuz ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

İlgili Makaleler

Başa dön tuşu