Huawei P50 Pro Bu Qədər Qəşəng Olma, Nolar!

Kitay texnologiya divi Huawei axırda P seriyası telefonunu təqdim etdi. Huawei P50 Pro yaxın zamanda aramızda olacaq. Şəkilləri də yayılıb.
Neçə-neçə həftə bundan qabaq Huawei-nin bu ilki telefonundan xəbər tutmuşduq. İndi Huawei P50 Pro modelinin bəzi xüsusiyyətləri məlum olub. Telefon 2021-ci ilin ən qəşəng şəkillərini çəkəcəyi iddiası ilə gəlir.
Bu ilin flaqman seqment telefonlarından olan P50 Pro, HarmonyOS 2.0 əməliyyat sisteminə malikdir. Bu təzə əməliyyat sistemi 2019-cu ildən bilinirdi ancaq nə vaxt buraxılacağı məlum deyil idi. İndi axır ki gəlib. Ötən aylarda beta versiyası buraxılmışdı. Huawei firmasının iyun ayında iki yeni məhsulunu təqdim edəcəyinə dair məlumat yayılmışdı. Watch 3 model ağıllı saat və MatePsd tableti bu ay ərzində təqdim olunacaq.
Artıq telefonun şəkli də məlum olub. Şirkətin CEO-su Rəng Zhengfei şirkətin istehsal etdiyi tablet, saat və FreeBuds 4 model qulaqcıq barədə məlumat verib. Telefonun arxa tərəfinde, iki böyük dairənin içində kameralar olacaq. Üstdə üç dənə kamera, altda da böyük makro kamera olacaq. Huawei bu telefon ilə DSLR kameranı əvəzləmək iddiasındadır.