Sony Xperia 5 IV bu ilin ən yaxşısı olacaq!

Sony Xperia 5 IV-in təqdimat tarixi yaxınlaşır. Yeni hesabata görə, Xperia 5 IV ən yaxşı yığcam smartfon olacaq. Detallar…
Sony Xperia 5 IV Yaponiya şirkətinin sentyabrın 1-də keçirəcəyi tədbirdə təqdim olunacaq. Son zamanlar çox məşhur olan telefonla bağlı diqqəti çəkən iddia ortaya atılıb. Etibarlı mənbəyə görə, Xperia 5 IV bu ilin ən yaxşı kompakt flaqman telefonu ola bilər. Bəs, telefon hansı xüsusiyyətləri ilə bu qədər iddialı görünür?
Mənbənin məlumatına görə, Xperia 5 IV 6 düymlük ekrana sahib olacaq. Simsiz şarj dəstəyi, 67 mm eni və standart Xperia dizaynı ilə gələcək telefonda mühüm təkmilləşdirmə olacaq. Mənbə onu da bildirir ki, Xperia 5 IV, Xperia 1 IV ilə eyni kamera blokuna sahib olacaq. Xperia 1 IV üç 12 meqapiksellik kameraya malikdir. Bunlar 12 meqapiksellik əsas, 12 meqapiksellik telefoto və 12 meqapiksellik ultra geniş bucaqlı kamera formasındadır.
999 dollar qiymətinə satışa çıxarılması gözlənilən Xperia 5 IV-in ən güclü cəhətlərindən biri Snapdragon 8+ Gen 1 prosessoru olacaq. Və biz tezliklə bu ilin ən yaxşı kompakt flaqman telefonunu böyük tutumlu akkumulyatorla görmək üçün səbirsizlənirik.