Xəbərlər İyul 31, 2021 22:38

Yanğına Qardaş Köməyi… Çox Sağ Ol Azərbaycan!

Aralıq Dənizi və Egey bölgələrimizdə PKK terrorçuları meşələrə od vururlar. Bu gün ise qardaş Azərbaycan köməyə gəlib. Minnətdarıq...
Yanğına Qardaş Köməyi… Çox Sağ Ol Azərbaycan!

Millətimizin heç vaxt derdi qurtarmayıb. Əkiz qardaşlar Türkiyə və Azərbaycan hər cəhətdən düşmənlə çevrilib. Son bir-neçə gün ərzində ölkəmizin Aralıq dənizi və Egey bölgələrində güclü yanğınlar baş verib. Əlbəttə yanğınsöndürənlər və qəhrəman əsgərlərimiz canla başla mübarizə aparırlar ancaq köməyə ehtiyacımız olub. Harayımıza ilk gələn isə qardaş Azərbaycanımız idi.

Mersin, Manavgat, Marmaris, Kütahya, Çanakkale kimi çoxlu şəhər və rayonlarda yayılan yanğın təbii fəlakətlərə səbəb olub. Həmvətənlərimizdən evsiz qalanlar, dumandan zəhərlənənlər, heyvanları həlak olanlar çoxdur. Ama əziz Türk milləti bu bəladan da xilas olacaq. Bu xəbərimizi qəhrəman Azərbaycan ordusu və xalqına həsr elədik. Qarabağda dastan yazmış əsgərlərimizdən əlavə qardaş ölkənin əhalisindən könüllü olaraq Türkiyəyə köməyə gəlmək istəyənlərə minnətdarlığımızı bildiririk. Ama qeyd edək ki, profesional yanğınsöndürənlər və əsgərlərin orada olması bəs edir. Çünki əhalinin sağlamlığı üçün bu işi bilənlər orada vəzifələndiriliblər. Türkiyəmiz və Azərbaycanımızın peşəkar yanğınsöndürənlərindən yaxşı xəbərlər gözləyirik.

Xarıbülbüllər hal-hazırda yanğınsöndürən maşınlarla yanğına müdaxilə edirlər və susuz qalmış insanları su ilə təmin edirlər. Qarabağ müharibəsində zirvəyə çatan həmrəyliyimiz Aralıq və Egeydə bütün dünyaya bir daha sübut olundu.

Sabah 220 əsgər daha Türkiyəyə çatacaq. 53 xilasetmə texnikaları və 1 ədəd helikopter də yola salınacaq. Bir də qardaşlarımıza çox təşəkkür edirik. Zəhmətiniz və qayğınızı əsla unutmayacağıq. Xoş, gözəl günlərdə yığışmaq diləyi ilə…

Daha yaxşı bir təcrübə təmin etmək üçün qanun çərçivəsində çərəzlərdən istifadə edirik. Çərəzlər və Məxfilik Siyasəti Ətraflı məlumatı səhifəmizdə görə bilərsiniz.