Mobil İyul 8, 2021 19:28

OnePlus 9 və 9 Pro Üçün Böyrək Satmaq Lazımdır!

OnePlus 9 və 9 Pro, Türkiyə bazarına girdi. Əvvəlcədən sifariş toplamağa başlayan telefonun seriyasında qiymətlər gözlənildiyi kimi yüksəkdir.
OnePlus 9 və 9 Pro Üçün Böyrək Satmaq Lazımdır!

OnePlus bu il də çox satacaq bir telefon təqdim edir. Telefonun qiyməti baha olacaq, amma bu qiymətə dəyər. Mart ayında rəsmi elanları edilən OnePlus 9 və 9 Pro, Türkiyə bazarına girdi. İlk növbədə əvvəlcədən sifariş yığacaq telefonlar, 4 Avqust tarixindən etibarən satılacaq. 8 GB RAM + 128 GB yaddaş 11.499 TL, Pro versiyası isə 12 GB RAM + 256 GB yaddaşla 14.499 TL qiymətə satılacaq.

Flaqman qatili şüarı ilə yola çıxan markanın smartfon qiymətləri, bütün dünyada tənqid olunan hədəfdədir. Yəqin ki, Türkiyə bazarındakı qiymətlər də bu tənqidlərdən öz paylarını alacaq. Azərbaycanda da 2000 AZN-dən baha olacaq. Telefonun prosessoru pis deyil. 2.84GHz səkkiz nüvəli Qualcomm Snapdragon 888 prosessor, qrafit və mis təbəqələrindən istifadə edərək buxar otağı soyutma sistemi, Adreno 660 GPU və Snapdragon X60 modeminə malikdir.

OnePlus 9

OnePlus 9

Android 11 əsaslı OxygenOS 11 istifadəçi interfeysi, Sony IMX689 (OIS) 48 megapiksel (f /1.8) əsas sensor, Sony IMX766 50 megapiksel (f /2) ultra geniş bucaqlı sensor, 2 meqapiksellik monoxrom sensor vardır. Ön tərəfdə Sony IMX471 16 meqapiksel (f /1.4) selfie kamerası da var. 65 watt Warp sürətli şarjı olan 4500 mAh batareya, 29 dəqiqə ərzində 100% şarj etmə xüsusiyyətinə malikdir.

Daha yaxşı bir təcrübə təmin etmək üçün qanun çərçivəsində çərəzlərdən istifadə edirik. Çərəzlər və Məxfilik Siyasəti Ətraflı məlumatı səhifəmizdə görə bilərsiniz.