Mobil İyun 7, 2021 1:56

Türk Telefonu Reeder P13 Seda Sayan İlə Məşhurlaşdı!

Türkiyə smartfon sahəsində də inkişaf edir. Türk Reeder firmasının Reeder 13 modeli Seda Sayan reklamları ilə internetdədir.
Türk Telefonu Reeder P13 Seda Sayan İlə Məşhurlaşdı!

Türkiyə öz şirkətləri ilə telefon istehsal etməyə davam edir. Casper, Vestel, General Mobile kimi Türk şirkətlərindən sonra Reeder da öz telefonları ilə dəbə düşüb. Axır vaxtlar Reeder 13 seriyası internetdə Google reklamlarında görsənir.

Sərfəli qiymətə satılan telefon, Türkiyədə  1270 Türk lirəsindən satılır. Telefon giriş seqmenti olduğuna görə əksəriyyətlə yaşlı insanların rəğbətini qazanıb. Ancaq seriyanın Blue Max versiyası daha yaxşıdır. 13 MP ana kamera, 4 GB RAM, 64 GB daxili yaddaş kimi xüsusiyyətlərə sahibdir. İndilik sınamaq məqsədilə Türkiyədə bazara daxil edilən telefonun reklamlarında məşhur müğənni Seda Sayan var. Telefonun Blue Max versiyası 1500 TL qiymətə satılır. (300 AZN)

Reeder uzun müddətdə uğurlu olacaq. Türkiyə istehsalı olan bir telefon almaq istəsəniz General Mobile firmasını seçə bilərsiniz. Azərbaycan Türkcəsi variantı şirkətin rəsmi saytında da mövcuddur.

Bunlara da bir bakın

Daha yaxşı bir təcrübə təmin etmək üçün qanun çərçivəsində çərəzlərdən istifadə edirik. Çərəzlər və Məxfilik Siyasəti Ətraflı məlumatı səhifəmizdə görə bilərsiniz.