Mobil İyun 7, 2021 15:55

Samsung Galaxy S21 FE Qiyməti Üz Güldürəcək!

Samsung bu il Galaxy S21 FE üçün çox ümidli. Sərfəli qiymətə satılacaq telefon haqqında təzə məlumatlar var. Xüsusiyyətləri belədir...
Samsung Galaxy S21 FE Qiyməti Üz Güldürəcək!

Bu ildə Galaxy Note seriyası ləğv edildi. Onun əvəzinə qələm (S-Pen) dəstəkli S telefonlar buraxılıb. Qatlana bilən telefonlarda da olan bu xüsusiyyət, Note seriyası üçün darıxanlara əlac kimi olacaq. İndi qiyməti ucuz flaqman seqment Samsung Galaxy S21 FE qarşıdan gəlir.

Telefonun qiyməti ilə bağlı xəbər Cənubi Koreyanın Herald saytında yayılıb. Xəbərə görə 630 yaxud 720 Dollar arasında qiymətə satılacaq. Ən maraqlısı odur ki, S20 FE modeli 800 dollardan satılırdı ancaq bu dəfə daha ucuz qiymətə satılacaq.

İndi telefonun xüsusiyyətlərindən bəhs edək. 120 Hz yeniləmə dərəcəsi və Super AMOLED ekrana sahib olan telefonda HDR10+ var. 6 GB RAM və 8 GB RAM varyantları var. 12 MP ana kamera, 12 MP telefoto kamera və 12 MP ultra geniş bucaqlı kamera və qabaqda 32 MP selfi kamerası olacaq. 4500 mAh zaryatka və 25W sürətli şarj gücü də vardır.

 

Bunlara da bir bakın

Daha yaxşı bir təcrübə təmin etmək üçün qanun çərçivəsində çərəzlərdən istifadə edirik. Çərəzlər və Məxfilik Siyasəti Ətraflı məlumatı səhifəmizdə görə bilərsiniz.