Mobil İyun 2, 2021 6:40

Xoş Gəlmisən Əzizim, Honor Play 5T…

Huawei-den ayrılan kimi öz yoluna davam edən Honor, indi Honor Play 5T modeli ilə qabağımıza çıxacaq. Eşq olsun! İndi detallara baxaq...
Xoş Gəlmisən Əzizim, Honor Play 5T…

Koronavirus camaatın evini yıxdı. İqtisadi böhrana görə bütün dünyada büdcə dostu telefonlara maraq artır. Əslində flaqman seqment telefonlar istehsal edən Honor, son illərdə sərfəli qiymətə telefon istehsal edir. Honor Play 5T də bunlardan biridir.

Honor ən son Honor 50 modeli üstündə işləyirdi. Ancaq bundan əlavə bir də ucuz qiymətə bir telefon buraxmağa qərar verdi. Telefon bu gün Çində bəzi mağazalarda göründü. Qara, göy və gümüş rənglərdə satılacaq olan telefonun xüsusiyyətləri məlum oldu.

Telefon 6.5 inç böyüklüyündə ve  1600×700 görüntü imkanına sahibdir. Səkkiz nüvəli Unisoc T610 çipsetdən güc alan telefon 13 MP ana kamera ve 2 MP dərinlik sensoru ilə gəlib. Ön kamera isə 5 MP-dir. Barmaq izi sensoru arxa tərəfdədir. 8 GB RAM və 128 GB daxili yaddaşı olan telefon 5000 mAh zaryatkaya sahibdir. 22W sürətli şarj gücü vardır. Xaricdə 128 Dollara satılıb. Azərbaycanda satılmağa başlayanda siz dəyərli oxucularımıza məlumat verəcəyik.

Bunlara da bir bakın

Daha yaxşı bir təcrübə təmin etmək üçün qanun çərçivəsində çərəzlərdən istifadə edirik. Çərəzlər və Məxfilik Siyasəti Ətraflı məlumatı səhifəmizdə görə bilərsiniz.